Ramiz Mehdiyevə “tost deyən” kim idi? VİDEO | Icma.az
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bir neçə il öncə, 2020-ci ildə Azərbaycanda pandemiya ilə bağlı karantin elan olunduğundan, toy məclislərinin təşkili rəsmən qadağan edilmişdi.
Həmin dövrdə, yəni 2020-ci il avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın ozamankı prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilmişdi.
Novxanıda bağ evində keçirilən toydan görüntülər yayımlanmışdı.
Hazırda Ramiz Mehdiyevin ev həbsi gündəmdə olduğundan, həmin toy da bir daha xatırlanır.
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib.
Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Tam oxu
Xəbəri oxu