Ramiz Mehdiyevi əvəzləyən “91 lər” kimdir? DOSYE

17.10.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasından çıxarılandan sonra onun yerinə iki nəfər seçilib.
YAP-ın Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ramiz Mehdiyevin əvvəlki tərkibdə tutduğu yer boşalandan sonra siyahıya Allahverdi Şəmistan oğlu Hacıyev və Heydər Museyib oğlu Hüseynovun adları daxil edilib.
Həm Allahverdi Hacıyev, həm də Heydər Hüseynov YAP-ın qurulmasında yaxından iştirak etmiş "91-lər"dəndir.
Modern.az saytı YAP Veteranlar Şurasının yeni üzvlərinin kimliyini araşdırıb.
Heydər Hüseynov hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəbr və həndəsə kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədidir.
Heydər Müseyib oğlu Hüseynov 15 iyun 1950-ci ildə Ermənistan SSR Vedi rayonu Böyük Vedi kəndində anadan olub. 1956-1966-cı illərdə Beyləqan rayonu Şahsevən kənd orta məktəbində təhsil alıb.
1971-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 
Əmək fəaliyyətinə 1971-ci ildə Cəlilabad Rayonu Sabirabad kənd orta məktəbində fizika-riyaziyyat müəllim kimi başlayıb.
1975-1999-cu illərdə ADPU-nun dosenti olub.
1999-2015-ci illərdə Bakı idarəetmə və Texnalogiya Kollecinin direktoru işləyib.
2015-ci ildə Azərbaycan Dövlət Balıq Sənayesi Kollecinin direktoru vəzifəsini tutub.
2017-ci ildən Azərbaycan Dövlət Pedoqoji Universitetində Cəbr və həndəsə kafedrasında dosent vəzifəsində çalışır.
Ailəlidir. bir oğlu bir qızı var.
Allahverdi Hacıyev də ADPU-da işləyir, o, Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosentidir.
Allahverdi Şəmistan oğlu Hacıyev 1947-ci il aprelin 20-də Ermənistanın Allahverdi rayonu Zahid kəndində anadan olub. 1965-ci ildə Bakıda 53 saylı fəhlə-gənclər məktəbinin 11-ci sinfini bitirdikdən sonra 1967-1971-ci ildə ADPU-nun Filologiya fakültəsində təhsil alib. 1971-1974-cü illərdə Saatlı rayonu s.Vurğun adına orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1975-2013-cü ilə qədər ADPU-da metodist, aspirant (doktorant), nəşriyyat şöbəsinin müdiri, dosent, 1997-2001 ci illərdə Filologiya fakültəsində dekan müavini, 2001-2011 ci illərdə Məktəbəqədər fakültəsində dekan vəzifələrində çalışıb. Hazırda Azərbaycan dili və onun tədrusi texnologiyası kafedrasında Azərbaycan dili, bədii mətnin linqvistik təhlili fənlərini tədris edir.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью