Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Diləfruzu da, Zamirin qızlarını da Təvəkkül oğurlayıb aparıb Məmmədmusa Hüseynova təhvil verib”.Bu, Şabranın Dağbilici kənd sakini Hürü Daşdıyevanın sözləridir.
Hürü Daşdıyeva 2005-ci ildə müəmmalı şəkildə itkin düşən, bu günə qədər də öldü-qaldısı bilinməyən Diləfruz Daşdıyevanın anasıdır.Hürü Daşdıyevanın sözlərindən belə qənaət formalaşır ki, Dağbilici kəndində 20 il öncə onun qızının oğurlanması, ardından eyni kənddən Zamir Məcidovun qızları 14 yaşlı Nailə və 7 yaşlı Reyhanənin oğurlanması, 2023-cü ildə Qəlagah kəndindən Ənvər Müslümovun izsiz-tozsuz yoxa çıxması cinayətləri arasında əlaqə var.
O, baş verənlərin təşkilatçısı rolunda zamanında Şabran Polis Şöbəsində rəis müavini vəzifəsində çalışmış Məmmədmusa Hüseynovu, icraçı kimi hazırda ömürlük həbsdə olan Qələgah sakini Təvəkkül İsmayılovu görür.
Onun sözlərinə görə Təvəkkül İsmayılovun cinayət işi üzrə istintaqda, sonradan isə məhkəmədə Dağbilicə baş verən adam oğurluğu cinayətləri tam olaraq araşdırılmayıb.Hürü Daşdıyeva elə faktlar, elə məlumatlar bölüşür ki, Dağbilicidə baş verən adam oğurluqlarının mütəşəkkil qaydada törədilməsinə şübhə qalmır.
“Məmmədmusa Hüseynov bizi qabaqlayırdı, imkan vermirdi ki, gedib qızımıza çataq” O deyir ki, qızı oğurlanandan 3-4 gün sonra paltarlarını Ləcədi ərazisindəki əkin sahəsində tapıblar.“Təvəkkül qızımı oğurladığı gün aparıb Ləcədi kəndində Rahimin evində 1 gecə saxlayıb.
Rahimi də aldadıb ki, qızı özünə ailə qurmaq üçün aparır. Bundan sonra polislər Təvəkkülü axtarıb tapdılar, məlum oldu ki, İsnov kəndində gi
Amma Məmmədmusa Hüseynov Təvəkkülə danışmağa imkan vermirdi, suallara onun yerinə cavab verirdi.