Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM KONKRET

16.06.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Bank BTB” ASC (VÖEN – 1302164881) adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrildiyini elan edib.

KONKRET.az yeniavaz.com-a istinadən xəbər verir ki, “Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi barədə məlumat bir-neçə ay əvvəl yayılıb.

Mərkəzi Bankın İdarə Heyətinin 5 mart 2026-cı il tarixli Qərarı ilə bankın BOKT-a çevrilməsinə razılıq verilib.

Məlumat üçün bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsus olub.

“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью