Ramiz Mehdiyevin akademikliyi əlindən alınır? RƏSMİ AÇIQLAMA

15.09.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, AMEA prezidenti, akademik İsa Həbibbəylinin APA-ya verdiyi açıqlamaya görə, istintaq orqanlarının qəbul etdiyi qərardan sonra müvafiq qərar qəbul edilə bilər.

“İstintaq orqanlarının qəbul etdiyi qərardan sonra müvafiq qərar qəbul edilə bilər. Bizə bununla bağlı məlumat daxil olmalıdır ki, qərar qəbul edək”, – deyə o bildirib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью