Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib ÖZƏL

14.09.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.

Gununsesi.info-nun  əldə etdiyi özəl məlumata görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.

Onun  da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.

Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və  kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью