Ramiz Mehdiyevin dərslikləri kağız yığınına çevrilib

23.11.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq rəhbəri Ramiz Mehdiyevin müəllifi olduğu "Fəlsəfə" kitabının hazırda da bir sıra ali təhsil ocaqlarında dərs vəsaiti kimi istifadə edildiyi ilə bağlı məlumatlat yayılıb. Qeyd edək ki, həmin kitab 2003-cü ildə, həmçinin ikinci nəşri 2010-cu ildə Bakıda "Şərq-Qərb" nəşriyyatında (360 səhifə) dərs vəsaiti kimi çap olunub. İkinci nəşrindən sonra o zamankı Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə edilib.

“Multikulturalizmə giriş”də ali məktəblər üçün hazırlanmış və elmi redaktoru, həmçinin ön sözünün müəllifi akademik Ramiz Mehdiyev olan dərs vəsaitidir. Dərs vəsaiti 2019-cu ildə Bakıda nəşr edilib, 432 səhifədən ibarətdir.

Qeyd edək ki, hər iki dərs vəsaitinin «Fəlsəfə» (2010) və «Multikulturalizmə giriş» (2019) Azərbaycan Tibb Universitetinin mühazirə və praktik məşğələlər üçün tövsiyə olunan ədəbiyyat siyahısına daxil edilib. Gəncə Dövlət Universitetinin doktoranturaya qəbul üzrə fəlsəfə proqramında da həmin kitabdan istifadə edilib. Bəs. həmin dərs vəsaitləri hazırda ADTU, ADPU və CDPU-da tədris edilirmi?

Məsələ ilə bağlı Azərbaycan Dövlət Tibb Universitetindən “Cebheinfo.az”-a bildirlib ki, hazırda bu ali təhsil ocağında həmin müəllifin kitabları tədris edilmir.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən də hazırda adıçəkilən universitetdə Ramiz Mehdiyevin dərs vəsaitlərindən istifadə olunmadığı bildirilib.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью