“Ramiz Mehdiyevin dilindən eşitmişəm ki, guya Heydər Əliyev ona söz verib...” Sabiq müşavi…
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mənim müşavir vəzifəsindən uzaqlaşdırılmağımda Ramiz Mehdiyevin “müstəsna” xidmətləri olub.
Ona Turan birliyi deyil, vəzifə lazım idi”.Bunu Bakıvaxtı.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsinə münasibət bildirərkən deyib.Q.Hüseynli qeyd edib ki, həmin vaxt R.Mehdiyev ümumi şöbənin müdiri olub:“Amma o, zirvələrə can atırdı.
Elə mənfur adam idi ki, kommunist dövründə ölkədə hakimiyyətdə birinciliyə can atırdı. Bunu onun dilindən eşitmişəm.
Ramiz Mehdiyev deyirdi: “Heydər Əliyev söz verib ki, özündən sonra birinci katibliyi mənə həvalə edəcək, amma bu vəzifə mənə deyil, Kamran Bağırova “stavka” olundu.
Bu hal Heydər Əliyevin mənə olan ertimadının az olmasını göstərdi”.
O, vəzifəyə təyinat almayandan sonra Heydər Əliyevin əleyhinə o qədər təbliğatlar aparıb ki...
Kamran Bağırovdan sonra vəzifəyə gələn Əbdürrəhman Vəzirovun masasının üzərinə Heydər Əliyevin əleyhinə çoxsaylı yazılar, məlumatlar qoyub.
Tam oxu
Xəbəri oxu