Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Prezident Adminstrasiyasının sabiq rəhbəri olan Ramiz Mehdiyevlə bağlı yeni qərar qəbul olunub.
Gununsesi.info-nun xəbərinə görə, belə ki, onun barəsində seçilmiş 4 aylıq ev dustaqlığı qətimkan tədbiri daha 4 ay uzadılıb.
Xatırladaq ki, fevralın 13-də uzun illər Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyev barəsindəki cinayət işi üzrə istintaq müddəti başa çatır.
Onu da bildirək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaq nəticəsində, 14 oktyabr 2025-ci il tarixində Səbail rayon məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər), 274-cü maddəsi (dövlətə xəyanət) və 193‑1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) ilə ittiham olunur.