Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Özü bazarda arabaçı işləyir, amma adına 5 şirkət açılıb və 54 min 441 manat vergi borcu var.
Şəhid qardaşı olan Xəqani Qasımov bu vəziyyəti yalnız Rusiyaya işləməyə getmək istəyəndə öyrənib.
Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulub, aldığı 950 manatlıq bilet də batıb.
Xəqani Qasımov adlı şəxs “işə düzəltmək” adı ilə bir neçə sənədə qol çəkdiyini, şəxsiyyət vəsiqəsinin də həmin şəxslər tərəfindən götürüldüyünü bildirib.
Onlardan xəbər çıxmadığını görən Xəqani arabaçılıq etməyə davam edib.
Sonradan Rusiyada yaşayan qohumlarının yanına gedib fəhlə kimi işləmək istəyəndə isə onun adına açılmış 5 şirkətin və böyük məbləğdə vergi borcunun olduğunu öyrənib.
Dövlət Vergi Xidmətindən ona bildirilib ki, vəziyyətin həlli üçün məhkəməyə müraciət etməlidir. Lakin onun vəkil tutmağa da imkanı yoxdur.