Icma.az, Bakupost portalına istinadən məlumat verir. Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevi
Ona görə “dolayısı” ki, R.Mehdiyevin birbaşa müdafiəsinin mümkünsüzlüyü hər kəsə bəllidir və bu addımla onlar özlərini ifşa edə bilərlər.
Buna baxmayaraq, bəzən niyyətlərini, istəklərini və hədəflərini tam göstərən yalanlarla özlərini ifşa da edirlər.Məsələn, onlardan biri iddia edir ki, 14 oktyabrda ölkənin güc strukturlarının rəhbərləri də daxil olmaqla, bəzi yüksəkçinli məmurlar Ramiz Mehdiyevin villasına gedərək, ondan kömək istəyiblər, deyiblər ki, bu gün axşama doğru sizin ev dustaqlığı xəbərinizi yaymağa məcburuq.
R.Mehdiyev isə razılıqla bərabər, “bəzi tövsiyələrini” də verib.Bu cür feyk-xəbəri dilə gətirməyin özünü belə təsəvvür etmək çətindir.
Görün, Ramiz Mehdiyevi xilas etmək, onun olmayan imicini qorumaq üçün hansı yollara əl atırlar.
Ramiz Mehdiyevi “dövləti xilas etmək üçün özünü qurban verən şəxs” kimi necə təqdim etmək olar?Halbuki Ramiz Mehdiyevlə bağlı Səbail Rayon Məhkəməsinin 13 oktyabrda artıq qərar qəbul etdiyi barədə məlumat vardı.
Digər tərəfdən, bu gün mötəbər, hakimiyyətə yaxın mənbədən yayılan məlumatda əslində DTX-nin uzun müddətdir bu istiqamətdə fəaliyyət göstərdiyi, 13 avqust 2025-ci ildə, yəni ən ağır maddələrlə ittiham irəli sürülməzdən tam iki ay öncə artıq məhkəmə qərarı aldığı və bunun da nəticəsində dövlətə xəyanət və dövlət çevrilişi ilə bağlı danışıqların ələ keçirildiyi ictimailəşdi.
Və yaxud, bu hadisə ətrafında danışarkən, bütün diqqəti ölkənin birinci və ikinci şəxsinin üzərinə fokuslaşdırmağa çalışmaq təşəbbüsü də göstərilir.