Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə “Heydər Əliyev” ordeninin təqdim olunması ilə bağlı məlumat prezidentin rəsmi saytından çıxarılıb.
AzPost bildirir ki, bu barədə məlumat səhifədə artıq yoxdur.
Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ilin oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.
Bu təqdimat Ramiz Mehdiyevin Prezident Administrasiyası rəhbəri vəzifəsindən istefaya göndərilməsindən sonra edilib.
Mümkündür ki, saytda bəzi texniki problemlərlə bağlı link açılmır.
Sözügedən materiallar rəsmi dövlət agentliyi Azertag-ın səhifəsində qalır.
Xatırladaq ki, Ramiz Mehdiyevə dövlətə xəyanət ittihamı ilə cinayət işi açılıb.