Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə qorxu, milyonlar | Icma.az
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Uzun illər daş karxanası sahəsində fəaliyyət göstərmiş sahibkar Məmmədov Ramiz Şirxan oğlu və digərləri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev tərəfindən hədə-qorxu ilə milyonlarla manat maddi ziyana məruz qaldığını iddia edir.Demokrat.az Tribuna.az-a istinadən xəbər verir ki, şikayətçinin sözlərinə görə, uzun müddət “Gülbaxt” daş karxanasında üzlük daşların emalı ilə məşğul olub və həmin dövrdə heç bir dövlət qurumu ilə problemi, eləcə də vergi borcu olmayıb.Lakin 2005-ci ilin mart ayında 050-211-00-83 nömrəsindən zəng aldıqdan sonra vəziyyət dəyişib.R.
Məmmədov bildirir ki, özünü Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev kimi təqdim edən şəxs onunla karxana barədə danışıb.
Sahibkarın iddiasına görə, həmin şəxs Ramiz Mehdiyevin göstərişini əsas gətirərək karxananın fəaliyyətinə nəzarətin özünə keçdiyini bildirib və gəlirlərin onlara verilməsini tələb edib.Məsələnin mübahisəyə çevrildiyini deyən sahibkar iddia edir ki, ona hədə-qorxu gəlinib, razılaşmadığı təqdirdə həbs ediləcəyi bildirilib.
Bir müddət sonra tərəflər arasında görüş baş tutub və sahibkara aylıq 60 min manat ödəniş verəcəyi deyilib.
Sahibkarın sözlərinə görə, bu ödənişlər 10 il ərzində davam edib və ümumilikdə milyonlarla manat vəsait hədə-qorxu yolu ilə alınıb.“7.200.000 manat bütün vergi və rüsumları ödəməkdən imtina edirdi ki, Ramiz müəllim necə lazımdır tapşıracaq hamıya.
Mənə orada yarımstansiya qurdurdu. 350 000 manat ora pul qoymuşam.
Bütün çəkilən xərcləri də mənim üzərimə yıxdı.”Həmçinin bildirilir ki, karxanada yarımstansiya qurulması üçün 350 min manat xərcləyib, bütün texniki və maliyyə məsuliyyəti onun üzərində qalıb, gəlirlər isə digər tərəf vasitəsilə özlərinə götürülüb.
Tam oxu
Xəbəri oxu