Ramiz Mehdiyevin Nabrandakı 4 mərtəbəli villası VİDEO KONKRET

07.12.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Sabiq deputat Etibar Hüseynov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Nabrandakı villasının görüntülərini yayıb.

O, Nabranda dəniz sahilində yerləşən villanın 2 hektara yaxın ərazidə tikildiyini bildirib.

“Villanın 2012-ci ildə Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən tikilərək, “ağsaqqal”a hədiyyə oldunduğu bildirilir. Villa 4 mərtəbəlidir, həyətində hovuz və idman meydançası var”, – deyə E.Hüseynov vurğulayıb.

Sabiq deputat bildirib ki, qonşuların dediyinə görə, R.Mehdiyev bu villaya adətən yay aylarında gəlib:

“Burada tanınmış müğənnilərin də iştirak etdiyi axşam ziyafətləri də təşkil olunur”.//Bakupost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью