Ramiz Mehdiyevlə 5 ildir heç bir təmasım yoxdur Əli Həsənov DANIŞDI

17.10.2025

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Uydurma məlumatlardır. Mənim Ramiz Mediyevlə son 5 ildə heç bir təmasım olmayıb və onunla bağlı heç bir istintaqa da cəlb olunmamışam”.

Sherg.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında PA-nın keçmiş şöbə müdiri Əli Həsənov deyib.

O bildirib ki, KİV-də onun ailəsinə aid olduğu bildirilən mülklərin heç biri ailəsinə məxsus deyil.

Qeyd edək ki, sabiq PA sədri Ramiz Mehdiyevin həbsindən sonra Əli Həsənovun da istintaqa cəlb edilməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.

Tanınmış jurmalist Heydər Oğuz isə Əli Həsənovun 2 milyardlıq mülklərinin olduğunu iddia edən siyahı yayımlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью