Icma.az, Moderator.az portalına istinadən məlumat verir. “Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı baş verən son h
Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Ramiz Mehdiyev olayı göstərdi ki, nəinki ölkəmizin xaricində, hətta ölkə daxilində belə dövlətimizi istəməyən, dövlətçiliyimizi sarsıtmaq üçün qüvvələr mövcuddur və bu qüvvələr aktiv fəaliyyətdədir.
Həmin qüvvələr öz çirkin məqsədlərini həyata keçirmək üşün kənar dövlətlərlə belə təmaslar qurmağa, onlardan dəstək almağa çalışır.
Biz gələcəkdə bu kimi halların qarşısını almaq, bu qüvvələrin anti-milli, anti-dövlət fəaliyyətini vaxtında əngəlləmək üçün daim ayıq-sayıq olmalı, eyniylə 44 günlük Vətən müharibəsində olduğu kimi hər an dövlətimizin, Prezidentimizin yanında olmalıyıq.
Anlamalıyıq ki, dövlətimizin gələcəyi, xalqımızın təhlükəsizliyi sadəcə dövlət qurumlarından deyil, həm də bizim hər birimizdən asılıdır və biz vətəndaş olaraq bu məsələdə əlimizdən gələni əsirgəməməliyik”.
Polkovnik Ramiz Mehdiyevlə bağlı yaşananların Azərbaycan dövlətinin gücü baxımından da bir sıra mühüm həqiqətləri ortaya çıxardığını bildirdi: “Ramiz Mehdiyev olayı sübut etdi ki, Azərbaycan dövləti, onun hüquq-mühafizə orqanları kifayət qədər güclüdür və bu kimi təxribatların vaxtında de-şifrə edilməsini təmin edə bilir.
Sabiq administrasiya rəhbəri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin ortaya qoyduğu peşəkarlıq buna nümunədir.