Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
I Liqanın VIII turunda "Xankəndi" "Karvan-Yevlax"ı qəbul edib - 0:2.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Ramiz Məmmədovun mətbuat konfransı keçirilib.
“Bu arenada çıxış etdiyimiz üçün şadıq. Prezidentimizə və ordumuza eşq olsun! Komandam qalib gəlsə də, bu gün hamı üçün bayram idi. Futbolçularımız verilən bütün tapşırıqları yerinə yetirdilər. “Xankəndi”yə mövsümün qalan hissəsində uğurlar arzulayıram.
Mövsümə rəqiblərimizlə müqayisədə gec hazırlaşmağa başladıq. Buna baxmayaraq komandamız Premyer Liqaya yüksəlmək üçün əlindən gələni edir. Ehtiyac yaranarsa, heyəti gücləndirə bilərik. Klub rəhbərliyi bizə hər cür dəstək göstərir. Hələlik buna ehtiyac yoxdur”.
Millimizin heyəti açıqlanıb AFFA II Liqa klublarını CƏRİMƏLƏYİB II Liqad XIII turun oyun cədvəli açıqlanıb “Qarabağ” Qazaxıstan klubu ilə bacarmadı "Sumqayıt"ın futbolçuları üçün seminar