Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mərhum Xalq artisti Ramiz Quliyevin oğlu Ramiz Quliyev atasının vəfatından danışıb.
BAKU.WS xəbər verir ki, o Baku TV-yə açıqlamasında bildirib ki, atasının səhhətinin yaxşılaşacağına ümid ediblər:
"Son dövlər səhhətində xroniki problemlər yaranmışdı. Bir neçə il əvvəl işemik insult keçirmişdi. Hazırda isə böyrək çatışmazlığından əziyyət çəkirdi. Ümidimiz var idi ki, yenidən bərpa olunacaq. Vəziyyəti yaxşılığa doğru gedirdi".
Xatırladaq ki, məşhur tarzən Ramiz Quliyev 78 yaşında vəfat edib.
O səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.