Ramiz Rövşəndən ikinci ev iddialarına CAVAB KONKRET

28.01.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xalq şairi Ramiz Rövşənin dövlət tərəfindən ikinci dəfə mənzillə təmin edilməsinə dair məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo” iddialarla əlaqədar şairin özü ilə əlaqə saxlayıb.

R.Rövşən açıqlamasında bu informasiyaların həqiqətdən uzaq olduğunu bildirib: “Heç nə bağışlamayıblar. Təzə yayılan informasiyadır, mənim xəbərim yoxdur. Yalan məlumatlardır”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ildə Ramiz Rövşənə ev hədiyyə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью