Ramiz Tahirovun oğlu yüksək vəzifəyə təyin edildi FOTO

26.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan ilk dəfə NATO-nun “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin Mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkəmizin Mərkəzdəki nümayəndəsi üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli təyin edilib.

K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe köməkçisidir.

Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью