Ramiz Tatarov azadlığa buraxıldı

11.12.2024

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovla bağlı qərar verilib.

Lent.az xəbər verir ki, Nizami rayon Məhkəməsində keçirilən prosesdə Ramiz Tatarovun vaxtından əvvəl, şərti olaraq azadlığa buraxılması barədə qərar elan olunub.

Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi onun həbs müddətini 3 ay azaldıb.

Ali Məhkəmə isə təyin olunmuş cəzanı ağır hesab edərək Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirib./APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью