Ramiz Vəliyev barəsində həbs qərarı verildi

18.12.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi  diplomat Ramiz Vəliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib. 

Gununsesi.info bildirir ki, artıq Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu arada məlum olub ki, Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir.

Məsələ ilə bağlı əməkdaşımızın Adəm Məmmədovun mövqeyini öyrənmək cəhdləri baş tutmayıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью