Ramiz Vəliyevə Amnistiya aktı şamil olundu

26.01.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə Amnistiya aktı şamil olunub.

Axar.az APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və onun cəza müddəti 6 ay endirilərək, qəti olaraq 4 il 6 ay müddəti müəyyən olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb.

Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib.

Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, Ramiz Vəliyev 5 il müddətə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan da məhrum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью