Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Ticarət və Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi "Rammstein" qrupunun lideri Till Lindemannın Tverdəki ləğv edilmiş konserti üçün 635.400 avrodan çox ödəməyə qərar verib.
Axşam.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
2021-ci ilin avqust ayında "Prime Marketing" şirkəti Tverdəki pivə zavodunun ərazisində keçirilməli olan festivalda çıxış etmək üçün musiqiçi ilə razılaşıb. Sənətçinin xidmətləri üçün məbləğ tam ödənilsə də, sənətçi pulu qaytarmadan konserti ləğv edib.