Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Real”ın (Madrid) sabiq kapitanı Serxio Ramos karyerasında ilk dəfə İngiltərə Premyer Liqasında qüvvəsini sınaya bilər.
Futbolpress.az xəbər verir ki, “Daily Sport” nəşrinin yaydığı məlumata görə, 40 yaşlı təcrübəli müdafiəçi “Aston Villa” ilə danışıqlar aparır. Tərəflərin anlaşmaya çox yaxın olduğu və Ramosun gələn həftə Birmingem təmsilçisi üçün rəsmi tibbi müayinədən keçəcəyi bildirilir.
Razılıq əldə olunacağı təqdirdə, spansiyalı ulduz İngiltərə çempionatının tarixidəki ən yaşlı futbolçulardan birinə çevriləcək.
“Real”ın heyətində 4 dəfə Çempionlar Liqasının kubokunu qaldıran Ramos İspaniya millisi ilə Dünya və iki dəfə Avropa çempionu adını qazanıb. Karyerası ərzində PSJ, “Sevilya” və son olaraq Meksikanın “Monterrey” klubunda çıxış edən təcrübəli stoper 2025-ci ilin dekabrından bəri azad agent statusu daşıyır.