Ramos İngiltərədə oynayacaq?

01.12.2024

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Uzun müddətdi işsiz olan Serxio Ramos bu problemini tezliklə yoluna qoya bilər.

Məşhur ispaniyalı futbolçunun İngiltərədə oynamaq şansı var.
“TEAMtalk”ın xəbərinə görə, onun xidmətində “Nyukasl” maraqlıdı. İngiltərə klubu müdafiə xəttində ciddi problemlərlə üzləşib.
Məlumatda “Nyukasl”ın azad agent olan Ramosa 1,5 illik müqavilə təklif edəcəyi və futbolçunun bu müddətdə 10 milyon avro qazanmaq şansının olacağı da bildirilir. Serxio iyulda “Sevilya”nı tərk edəndən sonra heç bir klubla anlaşa bilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью