Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya futbolunun əfsanəsi Serxio Ramos “Five Eleven Capital” şirkəti ilə birlikdə “Sevilya” klubunun sahibi ola bilər.
Axar.az Teleqraf-a istiandən xəbər verir ki, bu barədə “Deportivo” nəşri məlumat yayıb.
40 yaşlı ulduz futbolçu sabiq komandası üçün 450 milyon avro ödəyəcək. Hazırda Ramos öz vəkilləri ilə birlikdə klubun maliyyə hesabatlarını öyrənir ki, bu prosedur da bir neçə ay çəkə bilər.
Bildirilib ki, Ramos La Liqa təmsilçisində həm də peşəkar futbolçu karyerasını davam etdirə bilər.
Xatırladaq ki, S.Ramos 2003–2005-ci illərdə, həmçinin 2023/2024 mövsümündə sevilya klubunda futbolçu kimi çıxış edib. O, son olaraq ötən ilin dekabrına qədər Meksikanın “Monterrey” komandasında oynayıb.