Ramos Ronaldo ilə komanda yoldaşı ola bilər

09.06.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sevilya”dan ayrılan Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl Nəsr” 38 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb. Klubun idman direktoru Fernando Yerro Ramosla yaxın zamanda görüşəcək və ona təkliflərini bildirəcək.

“Əl Nəsr”də portuqaliyalı hücumçu Kriştiano Ronaldo çıxış edir. Ramos və Ronaldo daha əvvəl birlikdə “Real”da forma geyinib. İdman direktoru Yerro da bu klubun sabiq oyunçularındandır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью