Ramos Ronaldonu yanına aparmaq istəyir

27.05.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

Meksikanın “Monterrey” Klublararası Dünya Çempionatı öncəsi “Əl-Nassr”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu transfer etməkdə maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, meksikalı klubun müdafiəçisi Serxi Ramos ulduz futbolçunun alınmasını istəyir. Bildirilir ki, ispaniyalı müdafiəçi Ronaldonu  razı salmağa çalışır.

Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. “Monterrey” E qrupunda “İnter”, “River Pleyt” və “Urava Red Daymond”la qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью