Ramos Sevilya ilə anlaşıb: Bu dəfə meydan kənarında

26.01.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniyalı futbolçu Serxio Ramos doğma klubu "Sevilya"nın səhmlərini alacaq.

Apasport.az xəbər verir ki, o, investisiya prosesində mühüm mərhələni geridə qoyub. Bu barədə İspaniyanın nüfuzlu radiosu "Cadena SER" məlumat yayıb.

Mənbənin məlumatına görə, Serxio Ramos “Sevilya” klubunun əsas səhmdar qrupu ilə prinsipial razılıq əldə edib.

Bu razılaşmadan sonra tərəflər arasında klubun maliyyə vəziyyətinin ətraflı şəkildə təhlil olunacağı mərhələ başlayıb.

Qeyd edək ki, Ramos "Sevilya" klubunun yetirməsidir. 

DÇ-2026: Azarkeşlər bilet alarkən… - ARAŞDIRMA ABL: NTD-dən qələbə "Napoli" braziliyalının transferini açıqlayıb "Auqsburq" "Bavariya"nın 27 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub "Komo" ilk dəfə bir matçda altı qol vurub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью