Ramos yetirməsi olduğu klubu alır Bu qiymətə

26.01.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos özünü funksioner kimi sınamaq qərarına gəlib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "The Touchline" qəzeti yayıb. 

Mənbənin məlumatına görə, 39 yaşlı müdafiəçi "Sevilya" klubunu almağa hazırlaşır. Onun La Liqa təmsilçisinin əsas əsas səhmdarları ilə ilkin razılığa gəldiyi bildirilir. Səhmdarlar "Sevilya"nı 450 milyon avroya satmağa hazırdırlar.

Qeyd edək ki, Serxio Ramos "Sevilya"nın yetirməsidir. O, 2004/2005 və 2023/2024 mövsümlərində əsas komandada çıxış edib. Karyerasında "Real" və Fransanın PSJ komandalarında da oynamış müdafiəçi son olaraq Meksikada "Monterrey"in formasını geyinib. Dekabr ayında sonuncularla müqaviləsinin müddəti başa çatdıqdan sonra isə o, azad agent olub.
 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью