Ramşteyn görüşü: Ukraynaya görünməmiş hərbi dəstək... | Icma.az
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramşteyn” formatı) iyunun 4-də Brüsseldə keçirilən 28-ci görüş Ukraynaya müttəfiqlərindən görünməmiş hərbi dəstək gətirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna müdafiə naziri Rüstəm Umerov qeyd edib ki, 2025-ci ildə təhlükəsizlik yardımı tammiqyaslı müharibənin bütün əvvəlki illərinin rəqəmlərini üstələyəcək.
Böyük Britaniya pilotsuz təyyarələrin tədarükü üçün rekord məbləğdə yardım elan edib - 350 milyon funt-sterlinq.
Nazirin sözlərinə görə, bu, Ukraynaya 2025-ci ildə 100 min pilotsuz uçan aparatı ötürməyə imkan verəcək: “Ümumilikdə, 2025-ci ildə Britaniyanın hərbi dəstəyi 4,5 milyard funt-sterlinq təşkil edir ki, bunun da 247 milyon funt-sterlinqi Ukrayna Silahlı Qüvvələrinin təliminə sərf olunacaq.
Almaniya 5 milyard avro dəyərində yeni hərbi yardım paketini elan edib. "Bundestaq artıq bu qərarı təsdiqləyib".
Paketə, xüsusən də Ukraynada istehsal olunacaq uzaqmənzilli silahların maliyyələşdirilməsi, hava hücumundan müdafiə sistemlərinin, silah və sursatların ötürülməsi daxildir.
Tam oxu
Xəbəri oxu