Ramşteyn mexanizmi Ukraynaya yardımın koordinasiyası üçün vacibdir | Icma.az
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq. Ramşteyn mexanizmi Ukraynaya yardımın koordinasiyası üçün vacibdir Ramşteyn mexanizmi Ukra
Bu format müdafiə səylərini dəstəkləmək üçün əsas olaraq qalır. Bu barədə RBC-Ukrayna Ukrayna Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Fevralın 13-də Umerov Almaniyanın müdafiə naziri Boris Pistorius ilə mühüm danışıqlar aparıb.
Söhbət zamanı Ramşteyn formatının gələcək işi müzakirə olunub.
"Biz razılığa gəldik ki, bu mexanizm Ukraynaya beynəlxalq yardımın koordinasiyası üçün kritik əhəmiyyət kəsb edir", - ukraynalı nazir vurğulayıb.
Onun sözlərinə görə, o, almaniyalı həmkarı ilə qitədə ədalətli sülhün əldə olunmasında və təhlükəsizliyin möhkəmləndirilməsində Avropanın rolunu da müzakirə edib.
“Avropa ölkələri müdafiə büdcələrini artırmalı və döyüş sursatı, hava hücumundan müdafiə sistemləri, ağır zirehli maşınlar və digər mühüm hərbi məhsulların istehsalını artırmalıdır”, o izah edib.
Umerov qeyd edib ki, Almaniya Ukraynaya və ümumilikdə Avropa təhlükəsizliyinə yardım göstərən liderlərdən biridir.
Tam oxu
Xəbəri oxu