Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna üzrə "Ramşteyn" formatlı Təmas Qrupu ABŞ-nin yeni prezidenti Donald Trampın andiçmə mərasimindən sonra fəaliyyətini dayandıra bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazır.
“Onun yeni administrasiya altında işləməyə davam edib-etməyəcəyi bəlli deyil.
Tramp Ukraynanı dəstəkləməyə son dərəcə şübhə ilə yanaşır, alyanslara daha az sərmayə qoyur və açıq şəkildə prezident Putinə tərəfdarlıq nümayiş etdirir”, - məqalədə deyilir.
"Ramşteyn" formatlı Təmas Qrupu Kiyevə əlavə hərbi yardımın mümkünlüyünü müzakirə edən beynəlxalq koalisiyadır.
Onun işində 50-dən çox ölkə iştirak edir. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.