Ramzan Kadırov: Çoxdandı gülmürəm, çünki...

30.07.2025

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov çoxdandır gülməməsinin səbəbini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.

Siyasətçi bildirib ki, düşmən planlar və intriqalar hazırlayır, “qırılacağımıza ümid edir”. Onun sözlərinə görə, düşmən sakitləşə bilmir.

"Onlar bizim varlığımızdan narahatdırlar" yazan R.Kadırovun konkret kimləri nəzərdə tutduğu açıqlanmır.

"Siz çoxdandır ki, mənim güldüyümü görmürsünüz. Çünki indi vaxtı deyil. Mən gülmürəm - gözləyirəm. Baxıram. Yadda saxlayıram", - deyə Çeçenistan rəhbəri xəbərdarlıq edib.

R.Kadırov vurğulayıb ki, Rusiyaya məğlubedilməz olduğu üçün deyil, təslim olmadığı üçün qalib gələ bilmirlər: “Düşmən nə qədər çalışsa da, bizim qələbəmiz yaxındır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью