Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Bülletenlərin 99,63 faizi sayıldıqdan sonra Çeçenistan lideri Ramzan Kadırov regional rəhbərlik seçkilərində səslərin təxminən 100 faizini toplayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, Kadırov səslərin 99,85 faizini əldə edib.
Kadırovdan başqa, Ədalətli Rusiya Partiyasının üzvü İsmayıl Denilxanov və Kommunist Partiyasının üzvü Xalid Nakayev Çeçenistan rəhbəri vəzifəsinə namizədliyini irəli sürüblər. Hər iki siyasətçi səslərin 0,3 faizindən azını toplayıb.