Ramzan Kadırovun 17 yaşlı oğluna 10 günə iki medal verildi

21.05.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Çeçenistanın rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov Rusiya Milli Qvardiyasının inkişafına verdiyi töhfəyə görə "Axmat-Krepost" medalı ilə təltif edilib.

Bu barədə Oxu.Az "Qroznıy" dövlət teleradio şirkətinə istinadla xəbər verir.

Mükafatı "Axmat-Krepost" dəstəsinin komandiri Əbdülkərim Kadırov təqdim edib.

Qeyd edək ki, Adam Kadırov bundan əvvəl də - mayın 12-də başqa bir medal alıb. O, "Axmat-Qroznıy" xüsusi təyinatlı dəstəsinin yaradılmasının 25 illiyi münasibətilə xatirə yubiley medalı ilə mükafatlandırılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью