Ran Kojuk: “Futbolda belə hallar olur”

26.08.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sabah" UEFA Çempionlar Liqasında "Hapoel"i məğlub edib - 5:2.

Apasport.az xəbər verir ki, matçdan sonra İsrail təmsilçisinin baş məşqçisi Ran Kojukun mətbuat konfransı keçirilib.

- Matç haqda düşüncələriniz?

- Çətinliklərimiz var idi. Bu, nəticədə özünü göstərdi. Kifayət qədər hazırlaşmışdıq. Bilirik ki, meydanda bəzən şans da özünü göstərir. Oyuna ciddi hazırlaşmışdıq. İrəli baxmalı, qarşıdakı matçlara hazır olmalıyıq.

- Sizcə, Migel Vitorun zədələnməsi matça təsir etdi?

- Futbolda belə hallar olur. Bəzən istəmədiyin ssenarilərlə qarşılaşırsan.

- Bundan sonrakı düşüncələriniz nədir?

- Qarşıdakı matçlara daha güclü hazırlaşacağıq. Nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Düzdür, bugünkü məğlubiyyət ürəkaçan olmadı. Ancaq dayanmaq lazım deyil, irəli baxmalıyıq. Bugünkü matçda neqativlərlə yanaşı, pozitivləri də qeyd etməliyik. Bu mərhələyə qədər gəlməyimiz də uğurdur. Bunlar da futbolun bir hissəsidir.

- Bura qədər irəliləmənizi uğur saymaq olar?

- Mən düşünürəm ki, oyunda diqtə edən tərəf olmağı həmişə yüksək səviyyədə qoruyub-saxlamaq lazımdır. Futbolçularımızın zəhmətinə və gücünə güvənirik. Çempionlar Liqasının pley-off mərhələsinə qədər gəlib-çıxan komandamız var. O qədər də sadə məsələlər deyil. Çətin və məsuliyyətli oyldur. Əla oyunçularım var. Həm də, təcrübəlidirlər. Biz bilirik ki, birlikdə cəhdlərimizi birləşdirsək, böyük nəticələr qazanacağıq.

"Sabah"ın matçına 15 min BİLET SATILIB UEFA reytinqində rekord, Avropada zirvənin şəriki Kadidən yeni rekord: AVROKUBOKLARDA KL: Pley-off mərhələsinə start verilib - YENİLƏNİB AL: "Beşiktaş"dan inamlı qələbə, "Trabzonspor" evdə məğlub oldu - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью