Randal Kolo Muani İngiltərə yolunda Danışıqlar başladı

23.06.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

"Yuventus"un PSJ-dən icarəyə götürdüyü Randal Kolo Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb. 

Mənbənin məlumatına görə, fransalı hücumçunun xidmətində Londonun “Çelsi” klubu maraqlıdır. "Zadəganlar"ın nümayəndələri 26 yaşlı futbolçunun potensial transferi ilə bağlı Paris nəhəngi ilə danışıqlara başlayıb. "Yuventus" da öz növbəsində Kolo Muanini daha bir mövsüm heyətində saxlamaq istəyir. 

Randal ötən mövsüm İtaliya çempionatında "qoca sinyora"nın heyətində 16 oyun keçirib. Hücumçu bu görüşlərdə 8 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью