Randersdə ümidverici oyun

06.08.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Danimarkada “Orhus”a məğlub oldu – 1:2.

Qarşılaşmadan öncə görüşün favoriti məhz yutlandlılar idi. Son ölkə çempionunun II təsnifatda “Lex”ə səfərdə qalib gəlməsi, geridönüşlə mərhələ adlaması və təmsilçimizlə ilk matçı evdə oynaması komandanı bir addım öndə göstərirdi. Matça da məhz meydan sahibləri daha yaxşı başladı. İlk 20 dəqiqədən sonra oyunda balans yaradan “Sabah” hesabda 0:2 geri düşməsinə baxmayaraq, vacib qolu vura bildi və mərhələ şanslarını Bakıya saxladı.

“Bayquşlar” ikinci hissəni daha üstün oynadı. Dirəkdən qayıdan toplar, çoxsaylı hücumlar cavab matçı öncəsində ümid verdi. “Sabah”a Bakıdakı görüşdə erkən qol lazımdır. “Orhus”un futbolçuları təzyiq altında top iritməyə meyillidir və “futuristlər” bu amili mütləq ki, diqqətdə saxlayacaq.

Randersdəki matç danimarkalıların keçiləsi rəqib olduğunu göstərdi. “Sabah” ilk görüşün ikinci hissəsində sərgilədiyi futbolu Bakıda da göstərə bilsə, mərhələ adlamaq şansı böyük olacaq. “Orhus” səddinin aşılması Avropa Liqasında da əsas mərhələyə vəsiqəni təmin edəcək. Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan “bayquşlar”ın avrokuboklarda liqa mərhələsinə qalması klub adına böyük uğur sayılacaq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью