Range Rover lə qayda pozan qadının sürücülük hüququ məhdudlaşdırıldı

01.09.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Abşeron rayonunda inzibati xəta törədən qadının sürücülük hüququ məhdudlaşdırılıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Abşeron rayon sakini olan xanım "Range Rover Velar" avtomobili ilə yol hərəkəti qaydalarını pozub və buna görə ona 10 manat cərimə tətbiq edilib. Lakin o, cəriməni ödəməkdən imtina edib. Üç aydan sonra avtomobilə həbs qoyulub və iş məhkəməyə göndərilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə qadının sürücülük hüququ 9 ay məhdudlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью