“Range Rover” Qudyalçaya düşdü Hadisə yerindən GÖRÜNTÜLƏR

12.07.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Xaçmazda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Niyazabad kənd ərazisində qeydə alınıb.

“Range Rover” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində Qudyalçaya düşüb.

İlkin məlumata görə, hadisə nəticəsində avtomobilin sürücüsü və sərnişini ağır xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью