“Range Rover” və “Hyundai”dən oğurluq edən şübhəli tutuldu

23.01.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəzər rayonu ərazisində "Range Rover” və "Hyundai” markalı iki avtomobildən oğurluqlar edilməsi barədə polisə məlumatlar daxil olub.

Avtosfer.az xəbər verir ki, Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E.Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisindəki mağazadan və evdən oğurluqlar etdiyi də məlum olub.

Nəsimi rayonunda isə bir nəfərin bank kartını ələ keçirərək mağazalardan alış-veriş etməkdə şübhəli bilinən 23 yaşlı M.Əzimov, 30 yaşlı Ə.Nifdalıyev və 20 yaşlı Ö.Nifdalıyev saxlanılıblar.

Araşdırma aparılır.

Oxunub 50

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью