Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Böyük Britaniyanın lüks avtomobil nəhəngi "Range Rover" öz tarixinin ilk tam elektrikli (EV) modelini rəsmən nümayiş etdirib.
“Yeni Sabah” xəbər verir ki, yeni elektromobil 117 kWh tutumlu batareya ilə təchiz olunub və rəsmi göstəricilərə görə 600 km (real şəraitdə təxminən 535 km) yürüş məsafəsi vəd edir.
350 kW DC sürətli şarj texnologiyası sayəsində avtomobilin batareyası 10%-dən 80%-ə cəmi 22 dəqiqəyə dolur. Tam ötürücülü (AWD) sistemlə təchiz edilən model 0-dan 100 km/saat sürəti cəmi 4.5 saniyəyə yığır və brendin klassik off-road keçid qabiliyyətini tam qoruyub saxlayır. Dominos pizza
ABŞ bazarı üçün qiyməti 140 000 dollar təşkil edən yeni modellərin alıcılara ilk tədarükünün 2027-ci ildə başlanması planlaşdırılır.