Range Roverə girdi, 9400 dollar oğurladı

03.12.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib. Polisə müraciət edən zərərçəkmiş “Range Rover” markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.

Avtosfer.az xəbər verir ki, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью