Ranqniklə müqavilə uzadıldı

14.06.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Ranqniklə müqavilə uzadıldı

Avstriya Futbol İttifaqı milli komandanın baş məşqçisi Ralf Ranqniklə müqavilənin müddətini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssis 2028-ci ilədək Avstriya millisini çalışdıracaq. 

67 yaşlı Ranqnik 2022-ci ildən Avstriya yığmasına rəhbərlik edir. O, “Leyptsiq”, “Şalke”, “Hoffenhaym”, “Hannover”, “Ştutqart”,  Moskva “Lokomotiv”i və “Mançester Yunayted”in baş məşqçisi olub.

Qeyd edək ki, Avstriya millisi DÇ-2026-da İordaniya, Argentina və Əlcəzair yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью