Ranyeri karyerasını bitirir

25.03.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri cari mövsümün sonunda karyerasını bitirəcək.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu barədə özü açıqlama verib. Ranyeri artıq qərarını qətiləşdirdiyini söyləyib.

“Roma” baş məşqçinin rəhbərliyi altında A Seriyasında son 6 matçda qalib gəlib. Komanda turnir cədvəlində 49 xalla 7-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью