Ranyeri ona şans verəcək

18.11.2024

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mats Hummelsin “Roma”da oyun praktikası ilə bağlı problemi yoluna qoyulacaq.

Komandanın yeni baş məşqçisi Klaudiyo Ranyeri alman futbolçusu haqda açıqlama verib. 73 yaşlı mütəxəssis müdafiəçinin kifayət qədər oynamaq şansı qazanmamasına təəccüblənib:

“Təyinatımdan sonra bir sıra oyunlara baxdım və bəzi qənaətə gəldim. Özümə sual verirəm ki, niyə Hummels oynaya bilməz? Bu, necə mümkündü?”


Qeyd edək ki, Mats “Roma”ya yayda “Borussiya”dan keçib. O, İtaliya klubunda yalnız 23 dəqiqə oynamaq imkanı qazanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью