Ranyeri özbək forvardla bağlı qərarını verdi SON DURUM

24.12.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

"Roma"nın hücumçusu Eldor Şomurodov qarşıdakı qış "transfer pəncərəsi"ndə İtaliya təmsilçisini tərk edəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skiranın sosial şəbəkə hesabı üzərindən paylaşım edərək yayıb. 

Mənbənin məlumatına görə, özbək forvard paytaxt klubunun baş məşqçisi Klaudio Ranyerinin planlarına daxil deyil. 

Qeyd edək ki, Şomurodovun “qurdlar”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. 27 yaşlı futbolçunun onun transfer dəyəri 4 milyon avro qiymətləndirilir. 

Eldor Şomurodov bu mövsüm “Roma”nın heyətində İtaliya çempionatında 7 oyun keçirib. O, bu görüşlərdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью