Ranyerinin yerini tuta bilər

22.05.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bilindiyi kimi, Klaudio Ranyeri mövsümün sonunda “Roma”nı tərk edəcək.
“Relevo” nəşrinin xəbərinə görə, baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri “Nottingem Forest”i çalışdıran Nunu Eşpiritu Santudu. İtaliya klubu artıq portuqaliyalı mütəxəssislə əlaqə qurub və ona 2 illik müqavilə təklif edib. Bundan əlavə, romalılar ona iddialı bir layihə vəd edir - bu layihə çərçivəsində komanda İtaliya futbolunun ən yüksək zirvəsi uğrunda mübarizə apara biləcək.
Mövsümün sonuna bir tur qalmış “Nottingem Forest” İngiltərə premier-liqasında 65 xalla 7-ci yeri tutur. “Roma” isə A seriyasında 66 xalla 5-ci yerdədi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью